"İnter" bu gün Sesk Fabreqasla danışıqlar aparmaq üçün italiya A Seriyasında çıxış edən bir digər klubdan "Komo" rəsmilərindən icazə istəyib.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, hələlik Fabreqasla birbaşa əlaqə qurulmayıb.
Çünki danışıqların vaxtı və yekun qərar "Komo"nun mövqeyindən asılıdır.
"İnter" artıq öz layihəsini Fabreqasa təqdim etməyə hazırdır.