Azərbaycanın “İnter” və “Qəbələ” klublarının Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri məlum oldu.
Oxu.Az xəbər verir ki, “İnter” 1-ci raundda Finlandiyanın “Seynayoki”(1:0, 1:0) komandasına qalib gələn İslandiyanın “Hafnarfordur” klubu ilə oynayacaq. Birinci matç iyulun 16-da İslandiyada, cavab matçı isə iyulun 23-də Bakıda keçiriləcək.
“Qəbələ” iki oyun nəticəsində Sloveniyanın “Domjale” komandasına 1:0 hesabı ilə qalib gələn Serbiyanın “Çukariçki” klubu ilə görüşəcək. Bu cütlükdə Azərbaycan klubu oyununu iyulun 16-da xaricdə keçirəcək.
F.H.
www.oxu.az