İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn Beynəlxalq Futbol Assosiasiyasına (FİFA) təşkilatın yeni prezidentinin seçkilərində iştirak etmək üçün bütün sənədləri təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə BBC müxbiri Riçard Konvey öz Twitter akkauntunda bildirib.
FİFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatter may ayının 29-da beşinci müddətə seçilib, o seçkilərdə yeganə oppenenti Əli bin Əl-Hüseyn qalib gəlib, iyunun 2-də isə vəzifəsindən getməsini elan edib.
“FİFA-nın indiki böhran vəziyyəti – pozitiv dəyişikliklər üçün imkandır. FİFA-nın gələcəyinə dair müzakirələr zamanı bir çox ideyalar meydana gəlib. Amma yaxşı gələcək, yalnız bu ideyaların həyata keçirilməsindən sonra olacaq, bu isə FİFA-nın müvafiq lideri olduqdan sonra baş verəcək. Mən əminəm ki, FİFA indiki ağır vəziyyətdən bərpa edilmiş reputasiyası ilə çıxıb və hamının yenidən hörmət edəcəyi bir təşkilat olacaq”,- şahzadə Əli bildirib.
Yeni prezidentin seçkilərinin 2016-cı ilin fevral ayının 26-da Sürixdə FİFA-nın konqresində keçiriləcəyi gözlənilirdi, amma oktyabrda bu seçkilərin daha uzaq bir müddətə keçiriləcəyinə dair informasiya çıxdı. FİFA-nın rəhbəri seçkilərində iştirak üçün ərizələrin qəbulu oktyabr ayının 26-da başa çatır.