Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin onun ölkədən çıxması ilə bağlı dediyi sözlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, İnstagram hesabında bunları yazıb:
“Azərbaycanımızın qanunları, hər bir Azərbaycan vətəndaşı üçün qanundur. Elə mən özüm başda olmaqla. Mənə “savadsız” deyənin özü isə savadsızın yekəsidir. Gedin, qanunları yaxşı-yaxşı öyrənin. 30 il heç 30 saniyə də olmadı. “Hayastan” siyasəti aparma mənim vətənimdə. Rədd ol, mənim məmləkətimdən, rədd ol!”.

Aytən Sadıqzadə
www.oxu.az