“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, Əmirhüseyn Nəcəfi bundan sonra Bakı komandasının uğurları üçün çalışacaq.
22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb. Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.
Qeyd edək ki, Əmirhüseyn Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.