Azərbaycanın daha bir sərbəst güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ağanəzər Novruzovdan (74 kq) sonra Arseniy Djioyev (86 kq) bu raundadək irəliləyib.
O, yarımfinalda tacikistanlı Maqomet Yevloyevdən üstün olub.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ciu-citsuda Əmirxan Quluzadə (77 kq) və Maqsudxan Quluzadə (62 kq) uğur qazanmağa çalışacaqlar.
Parapauerliftinqdə Zəhra Dadaşova (61 kq) və Ceyhun Mahmudov (59 kq) mübarizə aparacaqlar.
Sərbəst güləşçilərdən Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq. Azərbaycan 55 mükafatla (8 qızıl, 18 bürünc, 29 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.