Sumqayıtda yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxs polkovnik Yaqub Əhədov imiş.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, Y.Əhədov Müdafiə Nazirliyinin Silahlandırma İdarəsinin keçmiş rəisi olub.

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Adil Namiq oğlu Ağayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yolu keçən piyada 1970-ci il təvəllüdlü şəhər sakini Yaqub Qərib oğlu Əhədovu vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli