Frida Kalonun avtoportreti noyabrın 20-də Nyu-Yorkda "Sotheby's" hərracında qadın rəssamlar üçün rekord məbləğə - 54.6 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Bildirilir ki, 1940-cı ildə ərsəyə gəlmiş "Yuxu (Çarpayı)" adlı əsər amerikalı rəssam Corciya O'Kiffin müəyyən etdiyi rekordu yeniləyib. Qeyd edək ki, O'Kiffin əsəri 2014-cü ildə 44.4 milyon dollara satılıb.
Sentyabr ayına olan ilkin məlumata görə, Kalonun avtoportreti 40-60 milyon dollar civarında qiymətləndirilirdi.