Kanadalı tanınmış aktyor Spenser Lofranko 33 yaşında vəfat edib.
Oxu.Az "Messaggero" nəşrinə istinadən xəbər verir ki, Lofrankonun ailəsi onun ölümünü təsdiqləyib.
Məlumata görə, gənc sənətçi Kanadanın Britaniya Kolumbiyası ştatında ölüb.
Aktyorun ölümünün səbəbləri araşdırılır.
"Əfsanə Spenser Lofranko. Bəzilərinin ancaq xəyal edə biləcəyi bir həyatı yaşadın. Çoxunun həyatını dəyişdin və indi sən Tanrının yanındasan. Mən səni həmişə sevəcəyəm və darıxacağam", - deyə ölən aktyorun qardaşı Santino yazıb.
Xəbərdə bildirilir ki, Lofranko 2013-cü ildə "Jamesey Boy" filmində baş rol oynayaraq, aktyorluq debütünü edib.
Məşhur Hollivud ulduzu Ancelina Coli 2014-cü ildə Lofrankonu "Unbroken" filminin rejissoru və prodüseri təyin edib. Həmin filmdə bir neçə məşhur aktyor rol alıb.
Lofranko 2013-cü ildə velosiped sürən bir nəfəri vurmaqda təqsirli bilinib və 50 günlük ictimai işlərə məhkum edilib. Hadisədən sonra aktyor maşından düşərək zərərçəkmişdən üzr istəyib. Lakin o, təcili yardım gələnə qədər hadisə yerini tərk edib. Aktyorun vəkili onun qorxusundan hadisə yerindən qaçdığını bildirib. Ciddi xəsarət alan şəxs yenidən yeriməyi öyrənənə qədər əlil arabasından istifadə edib.
Lofranko 2019-cu ildən tənha həyat sürüb, çimərlikdə kiçik bir evdə yaşayıb.