9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi bəlli olub.
Oxu.Az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycan millisi Samir Əliyevə həvalə olunub.
Qeyd edək ki, futbol millimiz 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Yaşar Vahabzadənin baş məşqçisi olduğu 23 yaşadək yığmamız finalda Omana 2:1 qalib gəlib. Hazırda Y.Vahabzadə “Kəpəz”ə baş məşqçilik edir.
Səbuhi Musa