Bir neçə gün əvvəl Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navainin (Nəvai Bəkirov) Bakının ünvanına nalayiq ifadə işlətməsi ilə bağlı video yayılıb.
Görüntülərə münasibət bildirənlərdən biri Əməkdar artist Xəyyam Nisanov videonu paylaşaraq, reperin Azərbaycana girişinə qadağa qoyulmasını istəyib:
“Ay vətən xaini! Bizim analarımızı, bacılarımızı, xanımlarımızı, ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr, etmir... Bunu ilk olaraq bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq”.
Rəylər