"Azərbaycan eyni sistemlə çıxış edir".
Oxu.Az xəbər verir ki, 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İslandiya oyunundan əvvəl qonaq komandanın baş məşqçisi Arnar Qunnlauqsson deyib.
O, İslandiya - Azərbaycan (5:0) oyunundan sonra millimizdə baş verən məşqçi dəyişikliyini dəyərləndirib:
"Keçən oyunla müqayisədə qarşımızda daha istəkli, daha yaxşı təşkil olunmuş komanda var. İstər müdafiədə, istər keçid oyununda komanda xeyli irəliləyib. Keçən oyunda Azərbaycan pis çıxış etməyib, bizim komanda daha yaxşı çıxış edib. Sabah meydanda yeni oyunçularımız olacaq. Biz sabah qələbə qazanıb dünya çempionatında çıxış etmək istəyirik".
Qeyd edək ki, saat 21:00-da start götürəcək Azərbaycan - İslandiya oyunu noyabrın 13-də "Palms Sports Arena"da (8-ci km stadionu) keçiriləcək.
Murad Nəsimi