İspaniya Superkubokunun yarımfinal matçında "Atletiko Madrid" və "Real Madrid" klubları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş Xabi Alonsonun yetirmələrinin qələbəsi ilə ilə yekunlaşıb - 1:2.
"Kral klubu"na qələbə gətirən qolları Federiko Valverde və Rodriqo vurublar. "Atletiko Madrid"in təsəlli qoluna isə Aleksandr Sörlot imza atıb.
"Real Madrid" yanvarın 11-də Superkubokun finalında əzəli rəqibi "Barselona" ilə üz-üzə gələcək.