ABŞ məmurları Qrenlandiya sakinlərinə birdəfəlik ödənişlərin göndərilməsi imkanını müzakirə ediblər. Məqsəd onları Danimarkadan ayrılmağa və mümkün olduğu halda ABŞ-yə birləşməyə razı salmaq olub.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib.
Mənbələrdən ikisinin bildirdiyinə görə, söhbət adambaşına 10 000-100 000 dollar məbləğində ödənişlərdən gedir. Adanın əhalisi təxminən 57 min nəfərdir.
Daha əvvəl "The Times" yazmışdı ki, Tramp administrasiyası Qrenlandiya üzərində nəzarəti əldə etməyə cəhd göstərə bilər.