"ABŞ Türkiyədən 11 milyon dollar artıq təklif etsə də, İspaniya Superkuboku Türkiyədə baş tutacaq".
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.

Konfederasiya rəhbəri bu idman hadisəsinin Türkiyəyə təyin edilməsində diplomatiya fəaliyyətlərinin böyük rol oynadığını qeyd edib:
"Turnirin Türkiyəyə salınmasında maliyyə təklifləri ilə yanaşı ölkələrarası münasibətlər də həlledici oldu. Sadəcə ən yüksək təklifi vermək kifayət etmir. Klubların İstanbulda oynamaq istəyi, Türkiyə-İspaniya münasibətlərinin yüksək səviyyədə olması, Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrinin hazırkı inkişafı məsələdə əsas rol oynadı. Bütün bu faktorlar birləşdiyinə görə, ABŞ Türkiyədən təxminən ikiqat artıq - 11 milyon dollar çox təklif etsə belə, İspaniya Superkubokuna Türkiyə ev sahibliyi edəcək".
Qeyd edək ki, 2027-ci ildə futbol üzrə İspaniya Superkuboku İstanbulda baş tutacaq.