Millətlər Liqasının A Liqasının 3-cü turunda İspaniya yığması Çexiyanı 3:1 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, Ovyedoda keçirilən qarşılaşmada meydan sahibləri hesabı 6-cı dəqiqədə Lamin Yamalın qolu ilə açıblar.
Rodri 35-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Çexiya 69-cu dəqiqədə İrji Slama ilə qollardan birinin əvəzini çıxıb. Lakin 85-ci dəqiqədə çexiyalıların kapitanı Ladislav Kreçi ikinci sarı vərəqə alaraq meydandan qovulub.
İspaniya azlıqda qalan rəqibinin müqavimətini 89-cu dəqiqədə Mikel Merinonun qolu ilə qırıb və qarşılaşma 3:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra İspaniya 3 oyundan 9 xal toplayaraq 3-cü qrupda liderliyini davam etdirir. Çexiya isə xalsız sonuncu pillədə qərarlaşıb.
Digər qarşılaşmalardakı hesabları təqdim edirik:
UEFA Millətlər Liqası
3 oktyabr
B Liqası, I qrup
22:45. Şimali Makedoniya - Şotlandiya - 0:2
22:45. İsveçrə - Sloveniya - 2:1