Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İspaniya darmadağın etdi, Portuqaliya uduzdu
Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının iştirakçı ölkələrindən bir neçəsi yoldaşlıq görüşü keçirib.
Oxu.Az xəbər verir ki, Danimarka Norveçi iki top fərqilə məğlub edib - 3:1. Kriştianu Ronaldusuz Portuqaliya doğma meydanda xorvatlara uduzub - 1:2.
Macarıstan İsraili böyük hesabla məğlub edib - 3:0. Sebiya səfərdə eyni hesabla İsveçdən, Belçika isə ev oyununda Lüksemburqdan üstün olub. Meydan sahiblərindən Lukaku dublla fərqlənib.
Həmçinin, Sloveniya - Bolqarıstan və İsveçrə - Avstriya matçlarında minimal hesablı heç-heçə qeydə alınıb - 1:1. İspaniya seçməsi isə Şimali İrlandiya yığmasını darmadağın edib - 5:1. Pireneylilərin heyətində Pedri dublla yadda qalıb.