Türkiyə Superliqasının IX turunun "Qalatasaray" və "Fənərbağça" arasında keçirilən oyunundan (2:1) sonra baş verən davaya görə futbolçular ağır cəzalara məruz qala bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray"lı Abdülkerim Bardakçı və "Fənərbağça"lı Arçi Braunu intizam qaydalarının 44-cü maddəsinə (hücum) əsasən cəzalandıracaq.
Sözügedən futbolçuların 5-10 oyunluq diskvalifikasiya olunacaqları gözlənilir.