Fransada keçirilən futbol üzrə Avropa çempionatında “E” qrupunun ilk oyun baş tutub.
Oxu.Az xəbər verir ki, Paris ətrafında yerləşən Sen-Deni şəhərinin “Stad de Frans” arenasında İrlandiya və İsveç yığmaları üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Vesley Hoolahan 48-ci dəqiqədə irlandları hesabda irəli çıxarıb.
71-ci dəqiqədə Siaran Klark topu öz qapısından keçirərək oyunda tarazlığı bərpa edib.
Bu qrupun digər oyunu bu gün, iyunun 13-də, Bakı vaxtı ilə saat 23:00-da İtaliya və Belçika yığmaları arasında keçiriləcək.