İtaliya A Seriyasının 15-ci turu çərçivəsində çempion "Napoli" səfərdə "Udineze" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, görüşün taleyini bir qol həll edib.
Meydan sahiblərinin 73-cü dəqiqədə qonaqların qapısına vurduğu dəqiq zərbə onlara üç xalı qazandırıb - 1:0. Neapol təmsilçisi isə lider "Milan"ı keçmək şansını əldən verib.
Hazırda Antonio Kontenin yetirmələri 31 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Onlar liderdən cəmi 1 xal geri qalırlar. "Udineze" isə 21 xalla 10-cudur.
İtaliya A Seriyası: "Napoli" liderlik şansını qaçırdı