Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliya A seriyasının bəzi oyunları ABŞ-də keçiriləcək
İtaliya A Seriyasının bəzi oyunları ABŞ-də keçirilə bilər.
Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, bu barədə yarışın prezidenti Etsio Simonelli açıqlamasında bildirib.
O, yarışın digər ölkələrdə də baş tuta biləcəyini söyləyib:
"Biz ABŞ-də belə tədbir təşkil edən ilk liqa olmaq istəyirik. Bu, böyük ümidlər bəslədiyimiz bazardır. Başqa potensial alıcılarımız da var".
Qeyd edək ki, A Seriyasında turnir cədvəlinə 58 xalla "İnter" başçılıq edir. "Napoli" 57 xalla ikinci, "Atalanta" 55 xalla üçüncü, "Yuventus" 52 xalla dördüncüdür.
"İtaliya A Seriyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar