Roberto Mançini futbol üzrə İtaliya milli komandasının yeni baş məşqçisi olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "La Repubblica" nəşrinə İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo məlumat verib.
"Roberto Mançini milli komandanın yeni baş məşqçisidir", - deyə federasiya rəhbəri bildirib.
Daha əvvəl İtaliya yığmasının baş məşqçi postuna Andrea Pirlonun gətiriləcəyi haqda məlumatlar yayılmışdı. Lakin onun Rusiya bukmeyker şirkəti ilə əməkdaşlıq etməsi səbəbindən bu təyinat baş tutmayıb. Daha sonra federasiyada müvafiq olaraq texniki direktor, texniki direktorun məsləhətçisi vəzifələrini icra edən Paolo Maldini və Leonardo da postlarını tərk ediblər.
Qeyd edək ki, 61 yaşlı Mançini 2018-2023-cü illərdə İtaliya millisinə rəhbərlik edib. Onun rəhbərliyi ilə yığma Avropa çempionu adını qazanıb (2021), iki dəfə Millətlər Liqasının bürünc mükafatçısı olub (2021, 2023) və o vaxt üçün milli komandalar səviyyəsində rekord olan məğlubiyyətsizlik seriyası sahibi olub (37 matç). 2026-cı il dünya çempionatının (DÇ-2026) yekunlarına görə bu rekordu İspaniya yığması (38) təzələyib. Bununla belə, Mançini İtaliya millisini 2022-ci il dünya çempionatına (DÇ-2022) apara bilməmişdi.
Mançini məşqçilik karyerasında İtaliyanın "Fiorentina", "Latsio", "İnter", İngiltərənin "Mançester Siti", Türkiyənin "Qalatasaray" və Rusiyanın "Zenit" klublarını da çalışdırıb.
