UEFA Millətlər Liqasında birinci tur çərçivəsində daha səkkiz oyun baş tutub.
Oxu.Az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından birində İtaliya öz meydanında Belçikanı qəbul edib.
A liqasının 2-ci qrupunda keçirilmiş görüş ev sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 0:2.
Qolları 20-ci dəqiqədə Mika Qodts, 69-cu dəqiqədə Dodi Lukebakio vurublar.
Beləliklə, İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini komandanın sükanı arxasında işinə məğlubiyyətlə başlayıb.
Qrupun digər matçında Fransa millisi səfərdə Türkiyəni məğlub edib - 0:1.
Digər matçlar aşağıdakı nəticələrlə başa çatıb:
B Liqası, II qrup
Gürcüstan - Şimali İrlandiya - 0:1.
Macarıstan - Ukrayna - 0:1.
B Liqası, IV qrup
Polşa - Bosniya və Herseqovina - 0:0.
İsveç - Rumıniya - 2:1.
C Liqası, II qrup
Ermənistan - Latviya - 2:0.
Monteneqro - Kipr - 2:1.