Millimizin italiyalı baş məşqçisi Covanni de Byazi başda olmaqla məşqçilər korpusu və “Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunmuş Ağdama aparılıb.
Oxu.Az xəbər verir ki, səfərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.
Səfər iştirakçıları Milli Qəhrəman, “Qarabağ” klubunun sabiq baş məşqçisi və futbolçusu olmuş şəhid Allahverdi Bağırovun qəbrinə baş çəkiblər. Səfərdən sonra qonaqlar təəssüratlarını paylaşıb.
Canni de Byazi: “Mən “Qarabağ”ın stadionuna baş çəkdim. Hazırda “İmarət” stadionundayam. Düzdür, burada yalnız məlum səbəblərə görə xarabalıqları görə bilərik. Ancaq ümid edirəm ki, tezliklə “Qarabağ” burada yenidən tikiləcək stadionda oynaya biləcək”.
Keysuke Honda: “Dünən mən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində “Qarabağ” klubu ev oyunlarını indiki olduğum yerdə – Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. Ümid edirəm ki, futbol burada yenidən doğulacaq”.
View this post on InstagramSəbuhi Musayev
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- "Neftçi"nin futbolçusu kobudluğuna görə ikioyunluq cəzalandırıldı - Video
- "Qarabağ" azarkeşləri "Sabah"la oyunda skamyaları sındırdılar - Klub cəza aldı
- Pyerluici Kollina azərbaycanlı hakimlər barədə danışıb
- "Zirə" Azərbaycan Kubokunda növbəti mərhələyə vəsiqə qazandı
- Arsen Vengerdən Bakıda məşqçilər üçün master-klas - Foto
Digər xəbərlər