Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Joze Mourinyo "Fənərbağça"dan ayrılır
Portuqaliyalı baş məşqçi Joze Mourinyo mövsüm sonunda "Fənərbağça" klubu ilə yolları ayıracaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşıb.
"Fənərbağça" klubunun hazırkı prezidenti Ali Koç Joze Mourinyonun qalması üçün danışıqlar aparmayacağını bildirib.
Joze Mourinyo isə Avropa və Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri dəyərləndirəcəyini deyib.
Qeyd edək ki, "Fənərbağça" klubu Joze Mourinyo ilə müqaviləyə xitam versə, minimum 15 milyon avroluq təzminat ödəməli olacaq.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar