Azərbaycan yığmasının qolkiperi Kamran Ağayevin oynadığı “Kayserispor” komandası Türkiyə çempionatının Birinci liqasının 24-cü turunda matç keçirib.
Oxu.Az xəbər verir ki, “Kayserispor” “Altınordu” ilə oynayıb və 1:0 hesabı ilə qalib gəlib. Bu oyunda Kamranın işi çox olub. Bir anlıq cərimə meydançasından vurulan topu əlindən buraxıb, digər bir epizodda isə Kamranın komandasını buraxılan qoldan qapı dirəyi xilas edib. Bununla yanaşı Ağayev öz aktivinə növbəti “quru” oyunu yaza bilər.
“Kayserispor” 50 xal ilə çempionatda liderlik edir və Superliqaya çıxa biləcək əsas namizəddir.
Sözügedən matçın videofraqmentlərini sizə təqdim edirik:
F.H.
www.oxu.az