Onun yerində olmaq istəyən çox kişilər var. Məşhurdur, zəngindir, yaraşıqlıdır və eşqbazdır. Söhbət Hollivudun yaraşıqlı və sevilən ulduzu, aktyor Leonardo DiKapriodan gedir.

Oxu.Az xəbər verir ki, onun “Sevgi dəftəri”nə nəzər salsaq, orada Gisele Bündchen, Bar Refaeli, Kate Moss, Blake Lively, Erin Heatherton və başqa məşhur adları görmək olar.
1996-cı ildə ulduz olduğu “Titanik”də 21 yaşlı Leo ilə yetkin, amma seksual olduğu “Great Gatsby”də 40 yaşlı Leonardo DiKaprio arasında illərin fərqi olsa da həyatındakı qadınların sayı az olmayıb.

13 yaşında məşhur olduğu “This Boys Life”la Madonnadan tutmuş 2013-cü ildəki sevgilisi alman model Toni Garnna qədər həyatında məşhur sarışın qadınlar olub.

Leo ilk dəfə sarışından imtina edərək, Rihannayla əsməri seçib.

Odur ki, aktyorun “şanslı keçmişinə” nəzər salaq:

Gəncliyin talismanı olduğu 1996-cı ildə Mossla birlikdə olub.

1998-ci ildə Tico Torres ilə evli olan Eva Herzigovayla adı çəkilib. Gözəl bu əlaqə xatirinə, hətta həyat yoldaşından boşanıb.

DiCaprionun Gisele Bündchenlə birlikdəki münasibətləri “playboy” səviyyəsinə çatıb. O zaman aktyorun 26, Bündchenin isə 20 yaşı var idi. 2002-ci ildə ilk ayrılıqlarını yaşayan cütlük, beş illik birlikdəlikləri əsnasında 3 dəfə münasibətlərinə son verib.

2005-ci ildə Oskar mərasimlərinə birlikdə qatılan cütlüyün evlənmələrinə hər kəs qətiyyətlə inansa da, braziliyalı top modelin evlilik ultimatumu nəticəsiz qalır.

DiCaprio sonra Las- Veqasda 19 yaşında olan Bar Refaeli ilə tanış olur. Cütlük ayrılıb- barışaraq 5 il birlikdə olur.

Aktyor 2011-ci ildə "Gossip Girl" serialıyla şöhrətə qovuşan 24 yaşlı Blake Lively ilə birlikdə görünməyə başlayır. Ancaq ciddi münasibət istəməyən Lively altı ayın sonunda DiCaprionu tərk edir.

Aktyor təsəllini iki ay sonra tanış olduğu amerikalı “Victoria 's Secret” modeli Erin Heathertonda tapır.

Ondan ayrılan aktyor alman top model Toni Garnnın ürəyini ələ alır.

Onların sevgi münasibətləri 2014-ci ilin yazında İbizada aktyorun 12 qızla birdən görüntülənməsinə, daha sonra Miami Art Baseldə 17 qızla coşub əylənməsinə Toninin inkar etməsinə rəğmən bitməyib.

Fevral ayında Rihanna üzündən Leonun eşq həyatı yaxşıca rənglənir.

Leo indi gizli yaşadığı eşqiylə çox xoşbəxtdir.

Aytən Sadıqzadə