2026-cı il dünya çempionatının B qrupunda Kanada və Qətər milliləri arasında keçirilən oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Kanadanın Vankuver şəhərində yerləşən "Bi-Si Pleys" stadionunda baş tutub. Oyunu Çilidən olan baş hakim Kristian Qarayın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Matç Kanadanın 6:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Kanada millisinin heyətində Kayl Larin bir, Conatan Devid isə üç qol vurub. Daha bir qolu Natan-Dilan Saliba hesabına yazdırıb. Qollardan birini isə Qətər yığmasının yarımmüdafiəçisi Məhəmməd Əl-Mənnai öz qapısına vurub.
Qətər millisinin heyətində Homam Əl-Əmin matçın 33-cü dəqiqəsində, Assim Madibo isə 53-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.