Həmişə Bakı idman tədbirlərinin keçirilməsində böyük rol oynayıb. Bakı müasir şəhərdir. Prosinecki ilə yaxşı nəticələr qazandınız.
Oxu.Az xəbər verir ki, bunu Bakıda səfərdə olan məşhur futbolçu Kristian Karanbö deyib.
Fransa millisinin sabiq futbolçusu Karanbö dünya çempionatı ilə bağlı proqnozunu açıqlayıb:
“Fransa 20 il əvvəl dünya çempionu olmuşdu. Ümid edirəm ki, bu il də dünya çempionu sevinci bizə bəxş edəcək. Bu il çempionluğa çox komandalar iddialıdır. Bunların arasında Argentina, Almaniya, Ingiltərə var. Hətta Rusiyanı da çempion olmağa namizəd kimi görürəm”.
Səbuhi TOFİQOĞLU
Fotoqraf: Ehtiram CƏBİ
www.oxu.az