Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Karvan" - "İmişli" matçı polisin halı pisləşdiyi üçün dayandırılıb
Azərbaycanın futbol üzrə I Liqasında polis əməkdaşının halı pisləşdiyi üçün hakim oyunu dayandırıb.
Oxu.Az Sport1.az-a istinadən xəbər verir ki, hadisə I Liqanın 21-ci turu çərçivəsində keçirilən "Karvan" - "İmişli" qarşılaşmasının 10-cu dəqiqəsində baş verib.
Oyunun təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanı əməkdaşlarından birinin halı pisləşib. Qarşılaşmanın baş hakimi Rauf Cabbarov oyunu dərhal dayandırıb. Təcili Tibbi Yardım xidmətinin həkimləri polis əməkdaşına yerində ilkin tibbi yardım göstərdikdən sonra onu Yevlax Şəhər Xəstəxanasına aparıblar. Bundan sonra oyun davam etdirilib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
"Karvan FK" teqi üzrə xəbərlər
- Azərbaycanın I Liqasında gümüş mükafatçı və sonuncu yerin sahibi bəlli ola bilər
- Bölgə klubu heyətini özbəkistanlı müdafiəçi ilə gücləndirdi
- Misli Premyer Liqasına yüksəlmə ehtimalı olan komandaların stadionlarındakı SON VƏZİYYƏT
- Azərbaycan klubunun baş məşqçisi hakimə hədə-qorxu gəldiyi üçün beş oyunluq cəzalandırıldı
- Raya Naynqqolan Azərbaycanın I Liqa klubuna keçir?