Azərbaycan Premyer Liqasının XII turunda keçirilən "Karvan-Yevlax" - "Kəpəz" (1:2) matçında daha bir maraqlı hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, oyun zamanı azyaşlı meydana daxil olub.
Azarkeş meydana daxil olsa da, oyunun baş hakimi Rauf Cabbarov oyunu dayandırmayıb.
Azyaşlı azarkeş polislər tərəfindən meydandan çıxarılıb.
Qeyd edək ki, bugünkü oyunda "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov oyunun 26-cı dəqiqəsində komandanın futbolçusu Vüsal Məsimovu əvəz etmək istəsə də, oyunçu meydandan çıxmayıb.
Murad Nəsimi