"Hakimlər də insandır, onların səhv etməsi mümkündür".
Oxu.Az xəbər verir ki, "Kəpəz" komandasının baş məşqçisi Azər Bağırov bildirib.
A.Bağırov qeyd edib ki, "İmişli" ilə oyun zamanı aldıqları qırmızı vərəqə və bu oyunda verilən şübhəli 11 metrlik cərimə zərbəsi onun müəyyən narazılığına səbəb olub. Məşqçi bu səbəblə emosiyalara qapıldığını və din mövzusuna toxunmağının doğru olmadığını vurğulayıb.
"Futbol emosiyalar üzərində qurulan bir oyundur. Hakimlər də insandır, onların da səhv etməsi mümkündür. Artıq hər şey geridə qalıb. Qarşıdakı oyunlara köklənərək, çempionatda istədiyimiz nəticələri qazanmağa çalışacağıq", - deyə Azər Bağırov bildirib.
"Hakimlik məsələsi qarışıq bir mövzudur. Türkiyədə də vəziyyət yaxşı deyil. Dinimizdə də üç hakimdən ikisi cəhənnəmlikdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 10-cu turunda "Neftçi"yə 5:1 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Bağırov matçda hakimliyin qeyri-obyektiv olduğunu vurğulayıb:
""İmişli" ilə oyunda ilk hissədə oyun 11 dəqiqə dayandı, amma əlavə vaxt yalnız 5 dəqiqə göstərildi. Bu gün də hakimlik məsələsinə baxmaq lazımdır. Hakimlik haqqında çox danışmaq istəmirəm, amma bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikləri qərarlar mütləq onlara yedizdiriləcək".