Misli Premyer Liqasının X turunda "Neftçi" "Kəpəz"lə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə seviniblər.
"Ağ-qaralar"ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.
Turnir cədvəlində "Neftçi" 15 xalla altıncıdır. 3 xalı olan "Kəpəz" isə, sonuncu - 12-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "İmişli"ni 2:0, "Zirə" isə "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasının X turu çərçivəsində "Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi "Karvan-Yevlax"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə üstünlüyü ələ alan Bakı təmsilçisinin 3:2 hesablı qələbəyə sevinib.
Misli Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qəbul edəcək.
Matç saat 14:00-da başlayacaq.
Ardınca "Neftçi" autsayder "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək.
"Palms Sports Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
"Zirə" 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan "Neftçi" səkkizinci, 5 xala malik "Karvan-Yevlax" on birincidir. Cari mövsüm cəmi bir qələbəsi olan "Kəpəz" 3 xalla sonuncu - on ikinci pillədə yer alıb.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
14:00. "Karvan-Yevlax" - "Zirə"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu.
17:00. "Neftçi" - "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"Palms Sports Arena".
Qeyd edək ki, turun açılış qarşılaşmasında "Qarabağ" klubu "İmişli"ni iki cavabsız qolla üstələyib.