"Kəpəz"in kapitanı Dioqo Verdaska zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı futbolçu komandanın texniki-taktiki məşqi zamanı xəsarət alıb.
Ayaq əzələsini dartan portuqaliyalı müdafiəçinin Misli Premyer Liqasının V turunda "Qəbələ" ilə qarşılaşmada iştirak edib-etməyəcəyi tibbi müayinənin nəticəsindən sonra bilinəcək.
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı sentyabrın 12-də saat 17:30-da Gəncə Şəhər Stadionunda keçiriləcək.

Qaynar xətt:
(055) 224 12 12