"Kəpəz" klubu Millətlər Liqası ilə bağlı yaranan fasilədə yoldaşlıq matçı keçirməyəcək.
Oxu.Az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"la oyundan sonra komandaya 3 günlük istirahət verilib.
Gəncə təmsilçisi noyabrın 13-də məşqləri bərpa edəcək.
Qeyd edək ki, "Kəpəz" XIII turda "Sabah"la görüşdə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Rəylər