Gəncənin "Kəpəz" klubu martda sıralarına qatdığı Conston Omurva ilə vidalaşıb.
Oxu.Az xəbər verir ki, mövsümün sonuna kimi müqavilə imzalamış keniyalı artıq ölkəsinə qayıdıb.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən afrikalı legionerin kontraktının ikitərəfli qaydada pozulması səbəbsiz deyil.
Belə ki, 26 yaşlı futbolçu zədə alıb və bir neçə ay yaşıl sahələrdən uzaq qalacaq. İndi isə o, ailəsinin yanında sağlamlığını qaydasına salmaqla məşğul olacaq.
2019-cu ildən bəri Keniya millisinə çağırılan və bu müddətdə 21 oyuna çıxan müdafiəçi son olaraq Səudiyyə Ərəbistanında forma geyinib.
Yanvarda "Abha"dan ayrılandan bəri klubsuz qaldığından, azad agent statusu daşıyırdı.