Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zərərçəkmiş: "Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü"
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və suallara cavab verməsi ilə aparılır.
Oxu.Az xəbər verir ki, zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan Silahlı Qüvvələri hərbçilərinin kəndə dəfələrlə hücum etməsi, avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, qətlə yetirməsi və sair barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.
"Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin", - deyə R.Quliyev qeyd edib.
O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. R.Quliyev özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə "KamAz"lara mindirilərək Xankəndiyə aparıldığını, yolda "Bəylik bağı" adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini deyib. Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. "Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir
- Ermənistan ordusu tərəfindən Başlıbel əhalisinin məhvinin şahidi olanlar məhkəmədə ifadə veriblər
- Mövlam Şixəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
- Zərərçəkmiş: "Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər"
- MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət edib