Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda gənc qız faciəli şəkildə öldü
Bakıda gənc qız faciəli şəkildə dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili
"Dəm qazından zəhərlənmə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar