Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" hərəkatı (husilər) ilk dəfə İsrailin Ramat David hərbi bazasına raket zərbəsi endirib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə "Ənsar Allah" hərəkatının nümayəndəsi Yəhya Səriya çıxış edib.
O qeyd edib ki, hücum "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib və hədəfə çatıb.
"Düşmənin hava hücumundan müdafiə sistemləri raketi ələ keçirə bilməyib", - deyə Yəhya Səriya qeyd edib.