"Kəpəz" klubu üç futbolçu ilə müqavilənin müddətini yeniləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Əli Səmədov və Məmməd Hüseynovla 1, Ümid Səmədovla 2 illik sözləşmə imzalanıb.
"Kəpəz" klubu yeni transferini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" klubu Donqo Kresus Donaldı heyətinə cəlb edib.
Kot-d`İvuardan olan cinah yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Donaldın son klubu Belarusun BATE klubu olub.