Yazıçı Vidadi Babanlı sabah Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında dəfn ediləcək.
Oxu.Az bildirir ki, bu barədə APA-ya yazıçının qızı Leyli Babanlı məlumat verib.
O bildirib ki, bu, atasının vəsiyyəti olub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və "Şərəf" ordenli yazıçı Vidadi Babanlı bu gün vəfat edib.
Oxu.Az xəbər verir ki, V.Babanlı 98 yaşında vəfat edib.
Qeyd edək ki, Prezidentin fərdi təqaüdçüsü və Əməkdar incəsənət xadimi idi.
Yazıçı Vidadi Babanlının dəfn yeri məlum oldu