Son zamanlarda gündəmdə olan Kerem Aktürkoğlu məşqdə zədələndiyi üçün "Nitsa" ilə görüşləri buraxmalı olacaq.
Oxu.Az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, hazırda "Fənərbağça"ya transfer üçün radarda olan Aktürkoğlu sağ topuğunun burxulması səbəbindən məşqi erkən tərk etmək məcburiyyətində qalıb.
Futbolçu bu səbəbdən "Nitsa" ilə hər iki görüşdə komandasına kömək edə bilməyəcək.
Üçüncü təsnifat mərhələsində Çempionlar Liqasına vəsiqə qazanan "Benfika" irəliləyəcəyi təqdirdə, eyni mərhələdə "Feyenoord"la qarşılaşacaq. "Fənərbağça" rəqibini mübarizədən kənarlaşdırsa, futbolçu transfer mövzusunda adı hallanan kluba qarşı meydana çıxmalı olacaq. Bu səbəbdən "Benfika" rəhbərliyi futbolçunu potensial rəqibə transfer etmək fikrində deyil.
Kluba yaxın mənbələr bildiriblər ki, Kerem Aktürkoğlu və Florentino Luis kimi futbolçulara ciddi transfer marağı olsa da, rəhbərlik Avropa arenasındakı vəziyyət aydınlaşana qədər heç bir gedişi təsdiqləməyəcək. İddialı Çempionlar Liqası ambisiyaları olan "Benfika" sabit heyəti saxlamaqda maraqlıdır. Portuqaliya mətbuatı, klubun Kerem Aktürkoğlu üçün əhəmiyyətli bir transfer haqqı əldə etməyə ümid etdiyini, lakin satışa tələsməyəcəyini bildirir.