Xəzər rayonunun Türkan qəsəbəsində 46 yaşlı kişinin qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Qonşuların bildirdiyinə görə, mərhum doğum günündə həyat yoldaşı tərəfindən bıçaqlanıb.
"Qəsəbədə belə xəbər yayılıb ki, bıçaq təsadüfən onun qarın nahiyəsinə girib. Tikintidə işləyirdi, zəhmətkeş adam idi", - onların açıqlamasında deyilir.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda 46 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki mənzillərdən birində baş verib.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Quliyev evində bıçaqla qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, N.Quliyevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva saxlanılıb.
İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli