“Keşlə” Futbol Klubu yeni transferlərini rəsmi şəkildə açıqlayıb.
Oxu.Az xəbər verir ki, Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və argentinalı Pablo Podio ilə altı aylıq, kamerunlu Erve Tşami ilə isə bir illik müqavilə imzalanıb.





Bundan başqa, “Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimovun gözlənilən köməkçilərindən biri də müəyyənləşib. Bu onun həmyerlisi Sergey Revutdur.

Qeyd edək ki, bunadək “Keşlə”nin FİFA tərəfindən oyunçu transferi qadağası vardı. Lakin yanvarda bu cəza başa çatıb.
S.T.
www.oxu.az