"Qarabağ" Kevin Medinanın komandadakı gələcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, "köhlən atlar" təcrübəli müdafiəçi ilə müqavilə müddətini artırıb.
Tərəflər arasında razılıq əldə olunduqdan sonra ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, 32 yaşlı müdafiəçisi daha öncə Türkiyənin "Rizespor" klubuna keçməyə yaxın olsa da, transfer son anda alınmayıb.