Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Haber Global": "Kahramanmaraşda qurulan "Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşmaq üzrədir"
2023-cü il fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində qurulan "Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşmaq üzrədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında sözügedən məhəllə haqqında göstərilən süjetdə məlumat verilib.
Bildirilib ki, məhəllədəki inşa edilən mənzillərdə işlər Türkiyə tərəfindən TOKİ, Azərbaycan tərəfdən isə MİDA qurumları vasitəsilə həyata keçirilir.
Süjetdə mənzillərdə yaradılmış şərait barədə məlumat verilib. Həmçinin məhəllə sakinlərinin istirahəti üçün park salındığı bildirilib.
Qeyd edilib ki, 320 hektar ərazidə 1 323 mənzil və 799 iş yeri var. Bundan savayı, 1 318 dükan inşa edilib, 464 ofisin inşası tamamlanmağa yaxındır.
Yaxın zamanda zəlzələdən zərər görənlərə mənzillər püşkatma vasitəsilə təqdim ediləcək
Ətraflı süjetdə:
Azerbaycan Mahallesi'nde Sona Doğru!
— Haber Global (@HaberGlobal) February 5, 2025
Kahramanmaraş'taki Konutlar Azerbaycan'ın Desteğiyle İnşa Edildi pic.twitter.com/cK0fiyGQEb
"Türkiyə" teqi üzrə xəbərlər
- Ekrem İmamoğlu səkkiz ilə yaxın həbs cəzasına məhkum edilə bilər
- Türkiyədə 78 nəfərin həyatını itirdiyi hotel sahibinin həyat yoldaşı ilə bağlı qərar verildi
- Keçmiş dünya çempionu məsciddə DAVA SALDI: Təmizlik işçisini xəstəxanalıq etdi
- Məşhurların sələmçisi cinayət üstündə yaxalandı: Seda Sayan polisə ifadə verdi
- Egey dənizində ard-arda zəlzələlər: Türkiyədə təcili iclas çağırılır
Rəylər