Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Efirlərdə işarət dilindən istifadə olunacaq - Qanun dəyişir
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna Azərbaycan işarət dili anlayışı əlavə edilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla əlaqədar təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan işarət dili - eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.
Dəyişiklik barədə danışan komitə üzvü, deputat Vüqar Bayramov bildirib ki, bu, tamamilə yeni mexanizmdir:
"Azərbaycan işarət dilinin tətbiqi beynəlxalq konvensiyalara uyğundur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, televiziya verilişlərində də işarət dilinin istifadəsi nəzərdə tutulur. Bu, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin asanlaşması, onların hüquqlarının təmin edilməsi baxımından vacib addımdır".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Son 200 ildə ermənilər və havadarları azərbaycanlılara etnik təmizləmə siyasəti aparıb"
- Milli Məclisin növbəti plenar iclası martın 14-də keçiriləcək
- Azərbaycanda ilkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimə olunacaqlar
- "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliklər son oxunuşda qəbul edilib
- Azərbaycanda "e-mühasibat" informasiya sistemi yaradılacaq