Azərbaycanın kikboksinq və muay-tay döyüşçüsü "King" ləqəbli Akif Quluzadə növbəti döyüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, Ordu İdman Klubunun üzvü "ONE Championship" turniri çərçivəsində sentyabrın 4-də Tailandın paytaxtı Banqkokda rinqə çıxacaq.
Onun rəqibi yerli döyüşçü Ferrari Fairtex olacaq. Qarşılaşma "Lumpinee Stadium"da keçiriləcək.
Qeyd edək ki, Akif Quluzadə indiyədək ONE FC-də 6 döyüş keçirib. Azərbaycanlı idmançı həmin qarşılaşmaların 5-də qələbə qazanıb, birində isə məğlub olub.
Qaynar xətt:
(055) 224 12 12