Azərbaycanın basketbol 3X3 üzrə kişilərdən ibarət yığma komandası "Bakı 2017" IV İslam Həmrəylik Oyunlarının qızıl medallarını qazanıb.
Oxu.Az Report-a istinadan xəbər verir ki, finalda Paşayev Zaur, Həmzəyev Amil, Orxan Aydın və Moses Marşal Obriandan ibarət heyət qətərliləri 13:9 hesabla məğlub edib.
Qeyd edək ki, bürünc medallarını Türkmənistanı 17:10 hesabı ilə məğlub edən Türkiyə yığması qazanıb.