"Real Madrid" və Xabi Alonso birgə işləmək barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, Xabi Alonso "Real Madrid"lə üçillik müqaviləyə imza atacaq.
Məlumatda, həmçinin qeyd olunur ki, Xabi Alonso 2018-ci ildən birlikdə çalışdığı köməkçisi, fitnes məşqçisi Sebas Parrilyanı da özü ilə bərabər Madridə gətirəcək.